"Bu gün oyuna hücumçusuz başladıq. İstəyirdik ki, ilk dəqiqələrdə "Qarabağ"ın təzyiqinin qarşısında dayanaq, tez qol buraxmayaq. Amma qol tez oldu".
QOL.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 13-cü turunda bu gün "Qarabağ"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: "Pedro Nuno epizoddan yararlanıb qol vursaydı, başqa cür olardı. "Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Gözləmirdik ki, onlar meydana əsas heyət ilə çıxacaq. "Qarabağ"In bu heyətinə qarşı oynamaq nəinki bizə, Avropanın aparıcı klublarına çox çətindir. "Qarabağ"a qarşı açıq futbol oynamaq təhlükəlidir, cinayətdir. Amma oyunun nəticəsi bizə bunu məcbur etdi. Açıq futbol oynamağa çalışdıq, qol da vurduq, yenə vura bilərdik, buraxa da bilərdik. Səlahət Ağayev bu gün qapıda möhtəşəm idi. Futbol oynamağa çalışdıq. Fasilədə oyunçulara dedim ki, itirəcəyimiz bir şey yoxdur, qazanacağımız nəsə ola bilər. Rotasiya etməyə imkan yox idi. İlk yarıda hücumda oyunumuzu tuta bilmədik. Fasilədən sonra komanda yaxşı və məzmunlu oynadı. İrəli baxmalıyıq. Qabaqda çox vacib oyunlarımız var. Çempionat maraqlı gedir, biz düz yoldayıq, bu yola da davam edəcəyik".
Ş.Diniyev "Qarabağ"ın daha çox Yusif Nəbiyevin oynadığı cinahdan hücumlar etməsi, onun zəif təsir bağışlamasından da danışıb: "Futbolçunun yaxşı günü də olur, pis günü də. Süleyman Əhmədov meydana zədəli çıxmışdı. Cabir Əmirli əməliyyat olunub, yoxdur. Adil Nağıyev də zədəlidir. Müdafiədə itkilərimiz yetərincədir. Vüqar Həsənov əməliyyatdan yeni çıxıb. Axırda məcbur olub mərkəz müdafiəçisini o mövqedə oynatmaq üçün meydana buraxdıq. Halbuki, heç vaxt orada oynamayıb. Yusif də kiçik zədə və iynə ilə oynayırdı. Amma rotasiya etməyə, oyunu dəyişmək üçün heyətimiz yoxdur. Yadin Luqası hücumameyilli yarımmüdafiəçidir, ancaq onu sağ cinah müdafiəçisi kimi oynatdıq. Bunlar hamısı yoxluqdan və məcburiyyətdən idi. Zədəlilər qayıtdıqdan sonra daha məzmunlu və daha yaxşı "Səbail" görəcəyik".
"Səbail"in çalışdırıcısı komandasının uğura çatması üçün vaxta ehtiyac olduğunu qeyd edib: "Hazırkı durum budur. Komanda birdən-birə birinci yeri tuta bilməz. Bu zamanla olacaq. Hər üç, hər altı aydan bir baxacağıq ki, boşluqlarımız hardadır. "Səbail"in birdən-birə çempionluğa oynamasını heç kim başa düşməz. Büdcə var, ona uyğun hərəkət etməliyik. Pulumuz var deyə, hər şeydən istifadə etmək də düzgün deyil. Savadlı xərcləməliyik. Bizdən 10 nəfər milliyə dəvət edilir. Klub halında biz varıq, klub yaranır. Addım-addım bunları etməliyik. Rüfət Abdullazadə də əsas milliyə düşməyə yaxındır, U-21 yığmasında da təmsil olunuruq. Bu klubun təməlinin qurulması deməkdir. Əvəzedicidən əsas komandaya oyunçular gəlir. Yetişdirmək lazımdır. Bununla bərabər, nəticələr də olmalıdır. Heç kim kimi yetişdirməyinə qiymət verməyəcək. Amma biz vicdanla işləmək istəyirik. Qışda boşluq olan mövqeləri dolduracağıq".
Ş.Diniyev "Komandanı mövsümün sonunda hansı pillədə görürsüz?" sualını isə belə cavablandırıb: "Hansı cavabı versəm, düzgün olmaz. Futbol proqnozu sevməyən oyundur. Ancaq komandanın potensialı var. Bizim qarşımıza "altılığ"a düşmək vəzifəsi dayanıb. Ondan sonra nə qədər irəliləyə biləcəyik, gedəcəyik. "Səbail" futbol oynamağı bacaran komandadır. Potensiallı, istedadlı oyunçularımız çoxdur. Hər komanda ilə oyunda qol epizodu yarada bilirik. Yeganə komandayıq ki, 13 oyunun hər birində qol vururuq. Deyə bilərlər ki, çox da qol buraxırıq. Amma çoxluqla irəli gedirsənsə, qol da buraxacaqsan. Lakin prinsiplərimizdən əl çəkməyəcəyik. Çox qol buraxırıq deyə, dayanaq arxada, xeyr. Bu da olmayacaq. "Qarabağ"la matçda da irəli atıldıq, olsun 2:5, 3:6, 4:7, fərqi yoxdur. Bu oyun artıq itirilmişdi. "Qarabağ"ın bu heyətinə qarşı oynamaq Avropa komandaları üçün də çətindir. Potensialımız var, komanda yaxşı yerlərdən birini tutacaq".
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı
Messi 39 yaşında
Klublara 3 milyona yaxın ödəniş etdi - PFL-dən ilk
"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı
İnfantino: “Su fasilələri FİFA-ya əlavə gəlir gətirmir”
Ronaldo Messinin adını eşitdi, sualı yarımçıq qoydu - Video
Daha bir komanda mundialda pley-offa yüksəldi
Ronaldonun dublu, Özbəkistanın məğlubiyyəti - Video
İngiltərə - Qana oyununun ən yaxşısı
Aaron Remzi baş məşqçi təyin olundu
İngiltərədən heç-heçə, Portuqaliyadan qələbə
Ronaldo "ən yaxşı" seçildi
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər