"Maraqlı oyun alındı. Hər iki komanda bir-birinə qarşı layiqli mübarizə apardı. Meydanda daha çox mübarizənin şahidi olduq. Şans "Zirə"nin tərəfində oldu".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 13-cü turunun "Zirə" ilə bugünkü oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, səfərdə uduzduqları (0:1) matçı elə şərh edib: "Qol çatmadı. Oyunu dəyişmək üçün qol vurmalısan. Çempionatın ən çox hücumda olub, ən az qol vuran komandasıyıq. Bu özü bizə siqnal verir ki, çoxsaylı epizodlara giririk, amma reallaşdırmaqda çətinlik çəkirik. Sonuncu yerdəyik. Danışmaq yox, işləmək lazımdır ki, nəyisə dəyişə bilək. Komandamdan razıyam. Amma hakimlik bərbad idi, hər epizodda futbolu çirkinləşdirməyə çalışırdı".
Baç məşqçi "Uğursuzluq zolağından çıxmaq üçün nə edəcəksiz?" sualını belə cavablandırıb: "Qol vurmaq, qələbə qazanmaq lazımdır. Neçə turdur qol vurmuruqsa, qalib gəlmək mümkün deyil. Analiz edirik ki, nəyə görə həmin epizodlar qolla nəticələnmir. Bu gün bərabər səviyyəli oyun getdi".
E.Baxşıyev matçın baş hakimi Elçin Məsiyevin idarəçiliyindən narazılığını bildirib: "Səbəbini indi deyəcəm sizə. İkili mübarizə gedir və birinci epizodda hakim oyunçumuza sarı vərəqə göstərir. Dördüncü hakim çağırır ki, "Zirə"nin oyunçusuna da sarı vərəqə göstər, baş hakim bunu etmir. Futbol elədir ki, mübarizəyə imkan verməlisən. Elçin Məsiyev bu gün göstərirdi ki, bir komandanı qoruyuram, digərini necə istəyirəm əzirəm. Futbolçular da sonda istəklərini göstərməyə başladı. Nəinki özümüzə, heç bir komandaya qarşı belə hakimlik arzulamaram. Hamı məni təmkinli adam kimi tanıyır. Ancaq Elçin Məsiyevin verdiyi qərarlar məni belə qıcıqlandırırdı".
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir