"Gözlədiyimizdən də çətin sonluq oldu. Qola qədər oyun daha çox bizim nəzarətimizdə keçirdi. Penaltidən fərqləndik. Ondan sonra tədricən "Qəbələ" üstünlüyü ələ keçirdi".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 13-cü turunda bu gün "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, evdə qazanılan 1:0 hesablı qələbəni belə şərh edib: "Hesabın həyəcanı futbolçuların çox müdafiədə oturmağa vadar etdi. Ancaq böyük təzyiq altında qol buraxmadan vacib üç xal qazandıq. "Qəbələ" ilə oyunlarımız həmişə ağır keçir. Aramızda keçən növbəti gərgin və maraqlı oyunlardan biri oldu. Kənardan çox müdaxilələr etdik ki, müdafiəyə oturmayaq. Oyunu necə başlamışdıqsa, elə də davam etmək istəyirdik. Ancaq rəqib riskə getdi. Dəyişikliklərdən sonra da böyük qüvvə ilə irəli atıldı. Təhlükəli epizodlar olurdu, amma birində Lukoviç topu boş qapıdan çıxardı. Boşluqlar deməzdim, sadəcə rəqib riskə gedirdi. Bu dəqiqələrdə ya rəqibin boşluqlarından istifadə edib qol vurmalısan, ya da vaxt keçdikcə rəqibin hesabı bərabərləşdirmək şansı artır. Çünki gərginlik olur. Komanda üzərində basqı var və bu da nəticələrlə bağlıdır. Bu gün oyunda onu açıq-aşkar hiss edirdim. Hətta köməkçi məşqçilərimə bildirdim ki, birinci sırada olmaq komanda üzərində müəyyən basqı yaradır. Futbolçular 1:0-dan sonra sanki qorxub nəticəni qorumağa çalışdılar. Ancaq oyundan öncə və təhlillərdə də deyirik ki, üstünüksə, müdafiədə oturmağın mənası yoxdur. Bu, zərərdən başqa bir şey deyil. Lakin yenə də, müdafiəyə oturdular və amansızca mübarizə apardılar. Xoş sözlərə layiq mübarizə idi".
R.Sadıqov rəqibin baş məşqçisi Elmar Baxşıyevin komandasının məğlubiyyətini hakim səhvləri ilə bağlamasına da münasibət bildirib: "Elmar Baxşıyev çox sevdiyim məşqçilərdən və dostlarımızdandır. Onun son illərdə gördüyü işlər təqdirəlayiqdir. Təbii ki, ola bilsin isti-isti emosional fikir bildirib. Hansısa konkret epizodla bağlı fikir olsaydı, biz də baxdıqdan sonra nəsə fikir bildirə bilərik. Penalti haqdadırsa, ilk baxışdan belə olduğu göründü. Həmkarımın fikrini çox şərh etmək istəmirəm.
Hakimlikdən razı qaldım və ya razı qalmadım, dəyişən bir şey yoxdur. Yeri də gəlsə, bu üç ildə hakimlikdən ən çox əziyyət çəkən komanda bizik. Həlledici səhvlər həlledici məqamlarda olub. Bizə deyəndə ki, hakim səhvi ilə "Zirə" qalib gəldi, adama ağır gəlir. Mətbuat konfransları elədir ki, isti-isti danışırsan, hər şeyi dərin təhlil etmədən. Sakit formada da eyni fikirdə qalanda, nəyisə müzakirə etmək olar".
R.Sadıqov dekabrda "Qarabağ"la Xankəndidə qarşılaşacaqları ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Xeyr, bizim də konkret məlumatımız yoxdur. Mətbuatdan eşitmişik. Əgər olsa, biz də sevə-sevə, Xankəndidə şərəflə oynayarıq. Məncə, hər kəs istəyər ki, "Qarabağ"la Xankəndidə oynasın".
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir