"Bizim üçün çətin oyun oldu. Matça istədiyimiz kimi başladıq. İkinci hissədə rəqib komanda qapımıza qollar vurdu. Sonluq da hamıya bəllidir".
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Rumıniyalı mütəxəssis məğlubiyyətə səbəb göstərməkdə çətinlik çəkib: “Bilmirəm, sizə nə deyim. Fürsət yaranır ki, qalib gələk, bir addım da irəli gedək, amma bunu bacara bilmirik. Hələ də başa düşə bilmirəm ki, necə olur, bu komanda səfərdə qalib gəlir, evdə eyni nəticəni təkrarlaya bilmirik. Başa sala bilmirəm, nə baş verir. Səfərdə 14 xal qazanmışıq. Halbuki həm ev, həm də səfərdə tələblərimiz eyni olur. Deyim ki, evdə azarkeş amili rol oynayır, təzyiq var, xeyr, bu da yoxdur. Çalışacağıq ki, bunların öhdəsindən gələk. Səfər oyunlarında işləri istədiyimiz kimi alındıra bilirik. Xüsusən də, təcrübəli oyunçulardan, hücumdakı futbolçulardan daha artığını gözləyirəm. Oyunboyu duellərin hamısında uduzduq. Bəlkə də məhz buna görə məğlub olduq”.
O, növbəti dəfə zamana ehtiyac duyduqlarını bildirib: “Demişdim ki, yeni komanda qurulur, yeni komandada enişli-yoxuşlu gedir hər şey, nəticələr də fərqli ola bilər. Hazırda başa düşə bilmirəm ki, nə baş verir. Ev və səfər oyunlarımız arasında böyük fərq var. Əksinə olmalıdır. Çünki evdə oynayırsan, doğma meydançandır, özünü daha çox qorunmuş hesab etməlisən. Məni bu amil narahat edir. Futbolçuları da həmçinin. Onlar başa düşməlidir ki, "Neftçi" kimi komandada oynayırlarsa, daha çoxunu verməlidirlər. Görünür ki, bu, kifayət etmir”.
Mutu futbolçularının həmkarı tərəfindən təhqir olunduğunu vurğulayıb: “Oyunçularım Samir Abasov tərəfindən davamlı olaraq təhqir olunurdu. Bu, ucuz şoudur. Bunu şərh etmək istəmirəm. İlk dəfə deyil ki, təkrarlanır. Sumqayıtda da rəqibin baş məşqçisi belə edirdi. Ucuz şoudur. Baş məşqçidir, oyunçulara nümunə olmalıdır. Rəqibə təhqirlərdən istifadə etməməlidir. Futbol fair-pleyi sevir. Qalib də gəlmək olar, uduzmaq da. Əsas odur ki, bunu necə edirsən”.
O, məsuliyyəti üzərinə götürdüyünü bildirib: “Hamı bilir ki, biz mövsümə necə başlamışıq. Mənə vaxt lazım idi ki, liqanı tanıyım. Çempionatla tanışam. Məsuliyyəti tam olaraq öz üzərimə götürürəm. Hamının gözləntiləri çoxdur. Bizim istəklərimiz də daha çoxdur. Edə biləcəyimiz yeganə məsələ işləməkdir. Bu vəziyyətdən dönüş yarada bilərik”.
“Neftçi”nin baş məşqçisi azarkeşlər tərəfindən istefaya səslənməsinə belə münasinət bildirib: “Onlar öz fikirlərini ifadə etməkdə sərbəstdirlər. Bu barədə bir söz deyə bilmərəm. Əgər kimsə düşünür ki, ən böyük problem məndədir, onlar fikirlərini ifadə etməyə sərbəstdirlər. Bütün məsuliyyəti üzərimə götürürəm”.
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu
"Sabah" - "Qarabağ" matçından - Video
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi