"Neftçi"də ciddi itki

"Neftçi"də ciddi itki
ÖLKƏ FUTBOLU 11 Noyabr 2023 / 16:52 2641
-  A +

“Neftçi”nin qapıçısı İvan Brkiç Misli Premyer Liqasının 13-cü turunun “Sumqayıt”la oyundan əvvəl keçirilən məşq zamanı zədələnib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bud nahiyəsində kəskin dartılmadan əziyyət çəkən futbolçunun 2 həftə davam edəcək müalicədən sonra məşqləri bərpa edəcəyi planlaşdırılır.

Qeyd edək ki, "Sumqayıt"a qarşı matçda "Neftçi"nin start heyətində qapıda Aqil Məmmədova şans verilib.
 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

topaz banner