"Futbolçularıma təşəkkür edirəm. 1 xal qazanmaq üçün çox böyük şansımız var idi. Əfsuslar olsun ki, sonda anlaşılmaz bir penalti verildi. Məğlub olduq. Azarkeşlərə təşəkkür edirəm. Fürsətdən istifadə edərək, bütün xalqımızı bayram münasibəti ilə təbrik edirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun "Bayer"lə Bakıdakı matçından (0:1) sonra "CBC Sport"a açıqlamasında deyib.
O, görüşün referisinin mübahisəli epizodda rəqibin xeyrinə penalti qərarı verməsinə toxunub: "Bəlkə də qaydalara görə hakim penalti verə bilərdi. Amma verməyə də bilərdi. Mən inanmıram ki, rəqibin qapısı qarşısında belə epizod olsaydı, hakim penalti verərdi. Bəzən hakimlər komandaların səviyyə fərqini də fikirləşməlidirlər. Bundesliqa klubu gəlib bu azarkeşlər önündə oynayır. Bir az centlmen olmaq lazımdır. Maksim də topu görmürdü. Deyəcək bir şey yoxdur. Belə hallar çox olub. Hakimlər həmişə böyük komandalara üstünlük verirlər"
O, hücum planında dəyişikliklər etməkləri barədə də danışıb: "Oyun gedişatına görə dəyişikliklər etdik. Futbolçularıma təşəkkür edirəm. Rəqibin hücumlarının qarşısını ala bildilər. Bu, futboldur. Təbii ki, 90 dəqiqə ərzində hər şeyi tam ideal edə bilməzsən. Amma 90 faiz tapşırıqları düzgün yerinə yetirdilər. Qalan 10 faiz rəqibin futbolçularının ustalığından, bacarığından asılı idi. Sonda Marko Veşoviç özü dəyişiklik istədi".
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı