“Bugünkü oyunla bağlı düşüncələrim bir az pozitivdir. “Qarabağ”ın yaxşı nəticə qazanacağına məndə inam var”.
Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.
O, Avropa Liqasının qrup mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Bayer” (Almaniya) matçı ilə bağlı fikirlərini bildirib. Qeyd edib ki, Ağdam təmsilçisinin Laverkuzendəki oyundan fərqli olaraq bəzi üstünlükləri var:
“Ümidli danışmaq üçün səbəblərdən biri odur ki, “Bayer” qrup mərhələsindəki işini həll edib və Bakıya tam heyətlə gəlməyəcək. Aparıcı oyunçularının bəzilərinə dincəlmək şansı verəcəklər. İkinci səbəblərdən biri odur ki, öz meydanımızda oynayacağıq. Böyük azarkeş dəstəyi komandaya güc verəcək. Üçüncüsü odur ki, “Bayer” uzun yol qət etdiyinə görə ilk oyundakı performansı göstərə bilməyəcəklər. Ən əsas səbəb isə odur ki, “Qarabağ” belə oyunlardan sonra rəqibini çox yaxşı analiz edir. Bu analizin əsasında ilk oyunda buraxdıqları səhvləri təkrarlamayacaqlarını düşünürəm.
İlk oyundakı çatışmazlıqlardan biri o idi ki, komanda öndə çox pressinq edirdi. Buna görə də bir az hücumçu və yarımmüdafiəçilərin arxasında boşluqlar yaranırdı. Rəqib o boşluqlardan əməlli başlı istifadə edə bildi. Bu dəfə “Qarabağ” bu boşluğu verəsi deyil. Rəqib topa nəzarət baxımından zəif görünür. Məncə, Bakıdakı oyunda ən azından topa nəzarət “Qarabağ”da olacaq.
Uzun müddət “Qarabağ”ın kapitanı olmuş mütəxəssis sabiq komandasının bu gün ən azı heç-heçə etmək şansının olduğunu bildrib: “Qarabağ” xal və ya xallar qazana bilər. Nə qədər komandanın səviyyəsi üstün olsa da, belə uzun səfərdən sonra bir az ehtiyatla oynamağa çalışır. Yəni ən azından Almaniyadakı oyunda olan sürəti burda göstərəsi deyillər. Düzdür, onların ikinci heyəti belə, güclüdür. Çünki ilk oyunun 60-cı dəqiqəsindən sonra demək olar ki, ikinci heyət oynayırdı. Onların da nəyə qadir olduğunu gördük. Amma Qranit Caka və digər dünya səviyyəli futbolçuların olmaması bizim yaxşı nəticə şansımızı çox artırar”.
A.Kərimov Almaniya təmsilçisi ilə “Qarabağ” arasında fərqin həddən artıq böyük olduğunu da xatırladıb: “Avropada aşağı, orta və TOP səviyyədə olan komandalar var. “Bayer” artıq TOP səviyyədə olan bir rəqibdir. Bunu da nəzərə almaq lazımdır. Mən “Qarabağ”ın ilk oyundakı səhvlərindən danışdım. Amma “Qarabağ” bu boşluqları buraxmasaydı da, Almaniyadakı oyunda qalib gələ bilməzdi. Onlar bizdən bir neçə baş üstündürlər”.

Aslan Kərimov
A.Kərimov “Qarabağ” bu gün hansı keyfiyyətlərdə rəqibi üstələyə bilər?” sualını da cavablandırıb: “Qarabağ”ın göstərdiyi oyun üslubu imkan verir ki, rəqibi üstələsin. Qol vuracağıq ya yox, bunu deyə bilmərəm. Amma çoxlu qol imkanları yaradacağımıza əminəm. Hazırda baş məşqçi Qurban Qurbanovun işi ondan ibarətdir ki, hansı oyunçu sayəsində öndə say çoxluğu yaratmaq olar, kimlər birə-birə mübarizələrdə daha yaxşıdır. Məsələn, cinahlarda Zubir, Juninyo, Andrade təkbətək epizodlarda “Bayer”in oyunçularını çətin vəziyyətə salıb qol epizodları yarada bilərlər. “Qarabağ” birə-bir mübarizələrdə qalib olanda rəqib sıralarını zəncirvari dəyişmək məcburiyyətində qalacaq. Belə olan halda boşluqlar yaranır. Yəni bu keyfiyyət sayəsində “Qarabağ” rəqibi üstələyə bilər. Əslində “Qarabağ” “Atletiko” və “Çelsi” kimi komandalarla oyunlarda bundan istifadə edib qol şansları yaradıb. “Bayer”lə oyunda da bunun öhdəsindən gəlmək problem olmayacaq. Almaniyada bunu edə bilmədilər. Rəqib bizi hərtərəfli üstələdi. Çünk heyətində olan futbolçular həqiqətən birbaş bizimkilərdən üstündürlər. Amma inanmıram ki, Bakıda da o sürətlə, aqressivliklə oynasınlar”.
A.Kərimov sonda “Qarabağ”ın qrupdan çıxmaq şansının həddindən artıq çox olduğunu deyib: “Çünki komanda ilk iki oyunda çox şeyi həll edib. Bu qrupun aşkar favoriti onsuz da “Bayer”dir. Ancaq digər iki rəqibə qarşı növbəti oyunlarda uğur qazana biləcəyimizi düşünürəm. “Qarabağ”ın qrupdakı oyunlarını çox yaxşı dəyərləndirmək olar”.
Ramiq Ağaməmmədov
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu