"Çox ciddi komandaya qarşı oynayırıq. İlk oyunda böyükhesablı məğlubiyyət olmasına baxmayaraq, futbolçularım ruhdan düşmədilər. Demək olar ki, oyuna heç də pis hazırlaşmamışıq. Sadəcə bu komandaya qarşı çox dinamik oynamalı və diqqətli olmalıyıq. Çünki hazırda Avropanın topla bacarıqlı davranan, dinamik, sürətli komandası ilə oynayacağıq".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Bayer"lə matç öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Leverkuzen təmsilçisinin çox yaxşı oyun fəlsəfəsinin olduğunu bildirib: "Rəqib oyun fəlsəfələrini düzgün icra edən oyunçulara sahibdir. "Bayer"lə tam tanış olduq. Futbolçulara rəqibi tanıtdıq, analiz etdik. Sabah öz doğma meydanımızda, azarkeşlərimizin qarşısında istəyirik ki, yaxşı, mübariz oyun göstərək. Futbolçularımın bunu bacaracağına şübhə etmirəm. Ən azından çalışcağıq ki, azarkeşlərimiz oyundan razı qalsınlar".
Mütəxəssis 8 Noyabr - Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib: “Hər kəsin bayramını təbrik edirəm. Bunun futbolçulara təsiri istər-istəməz olur, daha yaxşı oynamağa çalışırlar. Bəzən isə belə amillər oyunçulara əks təsir göstərə bilər. Həddən artıq aqressivlik mane ola bilər. Rəqibə uyğun oyun qurmalı və “Bayer"ın üstün cəhətlərinin qarşısını almalıyıq”.
Q.Qurbanov Leverkuzen klubunun Bakıda məşqə çıxmaması, baş məşqçi Xabi Alonsonun mətbuat konfransında iştirak etməməsinin rəqibin arxayınlığı ilə bağlı olub-olmaması ilə bağlı söyləyib: Yox, düşünməzdim. Sadəcə belə proqram tutublar. Belə hallar bəzən bizdə də olur. Çünki yolun uzanluğunu və sıx qrafiki nəzərə alıb belə addım atırlar. Hər halda, öz mətbuatlarına fikirlərini bildiriblər. Bu komandalar hamıya hörmətlə yanaşırlar. İnanmıram ki, belə düşüncələri olsun".
O, həmişə öz oyunlarını yaxşılaşdırmağı düşündüklərini deyib: "Əvvəlcə rəqibin oyununu pozmağa, sonra öz oyunumuzu göstərməyə çalışırıq. Bəzən bu alınmır. İstənilən halda cavab görüşlərində dəyişikliklər olur. Bu dəfə də matçın gedişində dəyişikliklər olacaq. İnanıram ki, bu, faydalı olar”.
Baş məşqçi daha sonra vurğulayıb: "Ötən mövsüm Konfrans Liqasında qrupdan çıxdıq. Elə oyunlar var ki, bəzən istədiyimiz alınır, bəzən alınmır. Bu, o demək deyil ki, ilk oyunlara yaxşı hazırlaşırıq, digərlərinə yox. Belə fikir, belə hazırlığımız yoxdur. Əgər şansımız varsa, ondan maksimum istifadə etməyə çalışırıq. Komandanın optimal formada olub-olmamasının zamanları var. Bu gün bütün komandaların şansı var. Çünki hələ qarşıda bir-birimizlə oyunlarımız olacaq. Keçənilki və builki işlərimizi analiz edirik. Çalışacağıq ki, mərhələ adlayaq. Nə dərəcədə alınacaq, zaman göstərəcək".
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi
Onlar da İngiltərə Premyer Liqasını tərk edəcəklər
Qurban Qurbanov nəyə və kimlərə gülürdü?
"Çelsi"də baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşdi
Azərbaycan boksçusu dünya kubokunda daha bir qələbə qazandı
"Hamı gördü, təmiz penalti idi" - Fabian Buntiç
Nəriman qələbəni kənardan izlədi
DÇ-2026-da İranı İtaliya ilə əvəzləməyi təklif etdi
Benzia "Sabah" - "Qarabağ" oyunu haqda - "Hakim biabırçıdır"
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Qalatasaray" kubokla vidalaşdı - Video
Azərbaycanın güləş millisi Avropa çempionu oldu