Dortmund "Borussiya"sının azarkeşləri UEFA-nın Çempionlar Liqasının növbəti mövsümündən etibarən yeni format tətbiq etmək barədə qərarına etiraz ediblər.
QOL.az xəbər verir ki, onlar ÇL-in qrup mərhələsinin 4-cü turunda "Nyukasl"la oyun zamanı etiraz əlaməti olaraq meydana saxta "qızıl külçə"lər və tennis topları atıblar. Almaniya klubunun azarkeşləri gələn mövsümdən qüvvəyə minəcək yeni formatdan narazılıqlarını nümayiş etdiriblər.
Həmçinin fanatlar "X" sosial şəbəkisndə paylaşımlar edərək yazıblar: “Siz idmanla maraqlanmırsınız. Sizi maraqlandıran tək şey puldur”.
Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasının yeni formatı qüvvədə olacaq. Turnirin əsas mərhələsində 36 klub iştirak edəcək. Yeni formata əsasən, hər klub 8 fərqli komandaya qarşı 8 oyun (4-ü öz meydanında, 4-ü rəqib meydanında) keçirəcək.
Qarşılaşmaların nəticələrinə əsasən, ümumi turnir cədvəli tərtib olunacaq. Ümumi mərhələdən ən yaxşı 8 yeri tutan komanda birbaşa 1/8 finala yüksələcək. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu