Antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş Xankəndi şəhərindəki mərkəzi futbol stadionunda təmir-bərpa işlərinə start verilib.
QOL.az modern.az-a istinadən xəbər verir ki, artıq separatçıların qondarma “bayrağının” rəngində olan oturacaqlar stadionun tribunalarından sökülüb. Stadionun tribunalarında qondarma rejimin “bayrağı” rənglərində olan oturacaqlar yeniləri ilə əvəzlənəcək. Sözügedən arenanın tutumu 15 min nəfərdir.
Bu yaxınlarda "Qarabağ" komandasının bu mövsüm bir və ya bir neçə oyununu Xankəndidə keçirəcəyinə dair məlumat yayılıb. Lakin bu məlumatları nə klub, nə də Gənclər və İdman Nazirliyi rəsmi şəkildə təsdiq edib.
"Qarabağ" rəhbərliyi bu yaxınlarda Xankəndidə olub, stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı