“Oyun haqda danışılası çox şey yoxdur. Məğlubiyyəti analiz edəcəyik. Rəqibi təbrik edirəm. Bu gün qələbəyə tam layiq idilər. Xüsusən də ikinci hissədə”.
Qol.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 11-ci turunda Qərb derbisində “Turan Tovuz”a 0:4 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O qeyd edib ki, oyunun qırılma nöqtəsi rəqibin vurduğu ilk qol idi: “Birinci hissədə ümidverici futbol oynayırdıq. Matçın gedişində düşünürdüm ki, gələcəkdə daha yaxşı nəticələr qazanacağıq. Təəssüflər olsun ki, ilk hissənin sonuna yaxın qol buraxdıq. Qapımızda gördüyümüz həmin qol matçın qırılma nöqtəsi oldu. Konsentrasiya pozuldu. Fasilədən sonra geridönüş yaratmağa çalışsaq da, alınmadı. Fasilədə təmkinli olmağa tapşırdım. Amma uşaqlar dərhal irəli atıldılar və bundan sonra arxa xətdə rəqibə boşluqlar verdik.
“Turan Tovuz” çox güclü idi, yoxsa “Kəpəz” ən zəif oyunlarından birini göstərdi?” sualını A.Məmmədov belə cavablandırıb: “Birinci hissədə bərabər oyun getdi. Çalışırdıq ki, daha yaxşı olaq. Fasilədən sonra isə rəqibə çox boşluqlar verdik. “Turan Tovuz” fiziki cəhətdən bizdən üstün idi”.
O, ardıcıl iki mövsümdür “Kəpəz”in “Turan Tovuz”u məğlub edə bilməməsi də toxunub: “Mən özüm futbol oynayanda da Qərb derbisi həmişə çətin və ağır olurdu. Bu gün də o şəkildə davam edir. “Kəpəz”in ən ağır oyunlarından biri “Turan Tovuz”a qarşı olur. Etiraf edək ki, bugünkü gündə heyət baxımından rəqib bizdən üstündür”.
“Kəpəz”in çalışdırıcısı rəqibin ikinci qolu vurduğu zamanı hakimin künc zərbəsi qərarının yanlış olduğunu düşünür: “Hakimlər haqqında demək olar ki, heç vaxt danışmıram. Səhvi ilk növbədə özümüzdə axtarıram. 0:4 uduzmuşuqsa, hakimlər haqda çox danışmaq istəmirəm. Lakin düşünürəm ki, ikinci qolda künc zərbəsi verilməsi yanlış qərar idi. Kənardan gördüyüm qədər orda künc zərbəsi yox idi. Hakimlər künc zərbəsi təyin etdilər, rəqib standart vəziyyətdən sonra fərqləndi. Orda künc zərbəsi yox idisə, hakimin qərarı məğlubiyyətimizə təsir edə bilər”.
Azər Məmmədov mətbuat konfransına gec qatılmasının səbəbini qapı arxasında qalması ilə əlaqələndirib: “Orda həkim otağı var. Məşqçilərlə həmin otaqda müzakirə aparırdıq. Çıxmaq istəyəndə gördük ki, qapı açılmır. Yubanmağım məhz bununla əlaqədardır. Heç vaxt istəmərəm ki, jurnalistləri gözlədim”.
O, növbəti turda "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqda bunları deyib: “Qarabağ” sözsüz ki, favoritdir. Amma özünüz də bilirsiz ki, bizim komandamız iddialılara qarşı daha yaxşı çıxış edir. Düşünürəm ki, “Qarabağ”a qarşı bu gün ilk hissədə oynadığımız kimi çıxış etsək, yaxşı nəticəyə ümid etmək mümkündür. Digər tərəfdən də “Qarabağ”ın qarşıda Avroliqa matçı var. Həmin oyuna daha çox köklənsələr, bi, bizim xeyrimizə olar. Bu halda güclü rəqibdən xal ala bilərik”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı