Bellingem “El Klassiko”ya hazır olacaq?

Bellingem “El Klassiko”ya hazır olacaq?
DÜNYA FUTBOLU 26 Oktyabr 2023 / 20:43 2355
-  A +

“Real”ın yarımmüdafiəçisi Cud Bellingem İspaniya La Liqasının 11-ci turunda “Barselona” ilə oyunda iştirak edə biləcək.

QOL.az xəbər verir ki, ingiltərəli futbolçu bunu RTVE-yə açıqlamasında özü deyib.

Çempionlar Liqasının qrup mərhələsində “Braqa” ilə qarşılaşmada (2:1) adduktor əzələsindəki narahatlığa görə matçı davam etdirə bilməyən 20 yaşlı futbolçu fərdi məşq edir. O, sabahdan ümumi qrupa qoşulacağını bildirib. 

Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək "Barselona" - "Real" matçı Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
 


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner