"Fulhem" baş məşqçisi ilə müqaviləni uzatdı

"Fulhem" baş məşqçisi ilə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 24 Oktyabr 2023 / 21:42 1437
-  A +

"Fulhem" baş məşqçi Marko Silva ilə müqaviləni uzadıb.

Qol.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssisin sözləşməsi 2025-2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, London klubu bu mövsüm Premyer Liqada 9 turdan sonra 11 xalla turnir cədvəlində 13-cü yerdədir. Marko Silva 2021-ci ildən "Fulhem"i çalışdırır.


Son xəbərlər