A seriyasında sentyabrın ən yaxşı futbolçusu odur

A seriyasında sentyabrın ən yaxşı futbolçusu odur
DÜNYA FUTBOLU 24 Oktyabr 2023 / 09:00 868
-  A +

İtaliya A seriyasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az turnirin saytına istinadən xəbər verir ki, bu, "Milan"ın vingeri Rafael Leaudur. 24 yaşlı oyunçu ötən ay ölkə çempionatında 5 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.

Qeyd edək ki, Leau 2019-cu ilin avqustunda "Lill"dən "Milan"a keçib. Portuqaliyalı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.


Son xəbərlər