"Qalatasaray"da İkardi şoku

"Qalatasaray"da İkardi şoku
DÜNYA FUTBOLU 22 Oktyabr 2023 / 16:15 6433
-  A +

"Qalatasaray"ın futbolçusu Mauro İkardi zədələnib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, argentinalı hücumçu Türkiyə Superliqasının 9-cu turunda "Beşiktaş"a qarşı matçda (2:1) ayaq biləyindən zədə alıb. Onun müalicəsinə başlanıldığı vurğulanıb.

Türkiyə mətbuatı  M.İkardinin oktyabrın 24-ü "Bavariya"ya qarşı keçiriləcək Çempionlar Liqası qrup mərhələsinin 3-cü tur matçında oynamaq şansının az olduğunu yazıb.


Son xəbərlər