"Bayer" klub rekordunu təkrarladı

"Bayer" klub rekordunu təkrarladı
DÜNYA FUTBOLU 22 Oktyabr 2023 / 12:29 3073
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" rekordunu təkrarlayıb.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, komanda dünən Bundesliqanın 8-ci turunda "Volfsburq"a 2:1 hesab ilə qalib gələrək buna nail olub. Leverkuzen təmsilçisi  bütün yarışlarda ardıcıl 11 matçda ən azı iki qolla fərqlənib.  Bu, klubun 1979-cu ildə Bundesliqaya daxil olduğu vaxtdan bəri klubun rekordunun təkrarıdır.

"Bayer" daha əvvəl 2014-cü ildə oxşar seriyanı nümayiş etdirib.


Son xəbərlər