Xorvatiyalı futbolçu "İnter"ə qarşı oyunda huşunu itirdi

Xorvatiyalı futbolçu "İnter"ə qarşı oyunda huşunu itirdi
DÜNYA FUTBOLU 22 Oktyabr 2023 / 10:17 1982
-  A +

"Torino"nun yarımmüdafiəçisi Nikola Vlaşiç İtaliya çempionatının 9-cu turunun "İnter"lə oyununda (0:3) huşunu itirib.

Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Matçın sonunda 26 yaşlı xorvatiyalı  futbolçu topa başı ilə zərbə vurduqdan sonra huşunu itirib. Daha sonra özünə gələn futbolçuya komandanın həkimləri kömək edib və o, meydanı özü tərk edib.

Bu mövsüm Vlaşiç 8 oyuna çıxıb.


Son xəbərlər