Bu gün İstanbul derbisi var

Bu gün İstanbul derbisi var
DÜNYA FUTBOLU 21 Oktyabr 2023 / 14:59 1919
-  A +

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi oynanılacaq.

Qol.az xəbər verir ki, 9-cu turda "Qalatasaray" evdə "Beşiktaş"ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Halil Umut Meler idarə edəcək.

Bu komandalar arasında keçirilən son matçda "qara qartallar" evdə "aslanlar"a 3:1 hesabı ilə qalib gəliblər. 

Ötən tur isə "Qalatasaray" səfərdə "Antalyaspor"u məğlub edib (2:0), "Beşiktaş" öz meydanında "İstanbulspor"dan üstün olub (2:0).

Qeyd edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" 22 xalla 2-ci, "Beşiktaş" isə 16 xalla 4-cüdür. 

Türkiyə Superliqası, 9-cu tur

20:00. "Qalatasaray" - "Beşiktaş"

Baş hakim: Halil Umut Meler

"Rams Qlobal Stadionu"


Son xəbərlər