Türkiyə superkubokunun oyununun keçiriləcəyi ölkə müəyyənləşib.
Qol.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib. Son çempion “Qalatasaray”la kubokun qalibi “Fənərbaxça” arasında keçiriləcək qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində (Al-Awwal Park Arena) təşkil olunacaq. Matç dekabrın 30-na təyin edilib. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, bu günlərdə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Azərbaycan tərəfinin də bu matça ev sahibliyi etmək istədiyini bildirib. Lakin o, bu oyunu qəbul etmək üçün “Azərbaycanda pul olmadığını” deyib.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi