"Leyptsiq" Kevin Kamplla müqaviləni uzatdı

"Leyptsiq" Kevin Kamplla müqaviləni uzatdı
DÜNYA FUTBOLU 19 Oktyabr 2023 / 14:57 840
-  A +

"Leyptsiq" futbolçusu Kevin Kamplla yeni müqavilə imzalayıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025/2026 mövsümünün sonuna kimi uzadılıb.

Qeyd edək ki, Kampl 2017-ci ilin avqustunda "Bayer"dən "Leyptsiq"ə transfer olunub. O, Almaniya təmsilçisində indiyə kimi 220 oyuna çıxıb, 9 qol vurub, 22 qolun ötürməsini verib.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner