"İndepente"nin (Argentina) baş məşqçisi Karlos Teves bədbəxt hadisə ilə üzləşib.
Qol.az "Ole"yə istinadən xəbər verir ki, o, evinin hamamında yıxılıb və başından xəsarət alıb. Huşunu itirən 39 yaşlı sabiq oyunçunu qızı xəstəxanaya aparıb. Mütəxəssisin başına 10 tikiş vurulduğu bildirilib. Tevesin beyin sarsıntısı keçirdiyi vurğulanıb.
Müayinələrdən sonra evinə qayıdan məşqçiyə dincəlmək tövsiyə olunub.
Qeyd edək ki, Tevesin bu gecə oynanılacaq "Barrakas Sentral"a qarşı matçda komandanın başında olub-olmayacağı bilinmir.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi