"Mançester Siti" Kroosu transfer etmək istəyir

"Mançester Siti" Kroosu transfer etmək istəyir
DÜNYA FUTBOLU 15 Oktyabr 2023 / 14:04 2140
-  A +

“Mançester Siti” “Real”ın yarımmüdafiəçisi Toni Kroosu transfer etmək istəyir.

Qol.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

İngiltərə klubu gələn yay Madrid klubu ilə müqaviləsi başa çatacaq almaniyalı futbolçunu azad agent kimi heyətə cəlb etməyi planlaşdırır.

Xəbərdə bildirib ki, “Şəhərlilər” 33 yaşlı futbolçu üçün hər mövsüm 15 milyon avro ödəməyə hazırdır. 

Qeyd edək ki, Kroos 2014-cü ilin iyulundan "Real"da çıxış edir. O, bu mövsüm komandanın heyətində bütün turnirlərdə 11 oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib.


Son xəbərlər