Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Qol.az xəbər verir ki, "Pendikspor" Osman Özköylünün istefaya göndərildiyini açıqlayıb. 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Osman Özköylü 2021-ci ilin oktyabr ayından "Pendikspor"u çalışdırırdı. İstanbul təmsilçisi onun rəhbərliyi altında 2-ci və 1-ci liqada çempionluq yaşayaraq Superliqaya yüksəlib.
Komanda Super Liqada 8 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, 8 həftədir start götürən Superliqada artıq 8-ci baş məşqçi istefası reallaşır. Buna qədər "Başakşehir" Emre Belözoğlu, "Kayserispor" Çağdaş Atan, "Qaziantep" Erdal Güneş, "İstanbulspor" Fatih Tekke, "Samsunspor" Hüseyin Eroğlu, “Ankaragücü” Tolunay Kafkas və "Beşiktaş" Şenol Günəşlə yolları ayırıb.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video