“Bayer” Almaniya bundesliqasında liderliyi bərpa edib.
Qol.az xəbər verir ki, Leverkuzen təmsilçisi bu gün 7-ci turda autsayder “Köln”i qəbul edib. Xabi Alonsonun komandası 3:0 hesabı ilə qalib gələrək 1 günlük fasilədən sonra yenidən liderliyə yüksəlib. Qolları Yonas Hofmann (22-ci dəq), Ceremi Frimponq (32) və Viktor Bonifase (67) vurublar.
Komanda məhsuldarlığı ilə də diqqət çəkir. Onlar geridə qalmış 7 oyunda 23 qol vurub (hamıdan çox) və cəmi 6 qol buraxıblar.
Hazırda “Bayer”in 7 oyundan 19 xalı var. Hərəyə 7 matç keçirmiş “Ştutqart” 18 xalla 2-ci, “Borussiya” (Dortmund) 17 xalla 3-cü yeri tutur.
Xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Bu komandalar arasında ilk matç oktyabrın 26-da Leverkuzendə, cavab matçı noyabrın 9-u Bakıda keçiriləcək.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video