UEFA Konfrans Liqasının ötən gün keçirilən "AZ Alkmaar" - "Legiya" (1:0) matçından sonra insident yaşanıb.
Qol.az "Dnevnik"ə istinadən xəbər verir ki,“Legiya” klubunun 2 futbolçusu yerli polislər tərəfindən saxlanılıb.
Oyundan əvvəl təhlükəsizlik əməkdaşları ilə azarkeşlər arasında qarşıdurma yaşandığından görüş başa çatdıqdan sonra “Legiya”nın stadiondan ən sonda buraxılması qərara alınıb. Futbolçular buna kəskin etiraz ediblər. Polis isə Polşa komandasının avtobusunu mühasirəyə alıb. Hadisə zamanı "Legiya"nın iki futbolçusu - Joseu ilə Radovan Pankov saxlanılıb..
Buna müdaxlə etmək istəyən "Legiya"nın sahibi Dariuş Mioduski, eləcə də bəzi heyət üzvlərinə fiziki təzyiq göstərilib. İki saatdan çox gözlədikdən sonra "Legiya" stadionu tərk edib. Ancaq Niderland polisi saxlanılan futbolçuların taleyi ilə bağlı məlumat verməyib.
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video