Neymar Səudiyyə Ərəbistanı klubunda ilk qolunu vurdu

Neymar Səudiyyə Ərəbistanı klubunda ilk qolunu vurdu
DÜNYA FUTBOLU 4 Oktyabr 2023 / 01:37 2666
-  A +

"Əl-Hilal"ın futbolçusu Neymar yeni klubunda ilk qolunu vurub.

Qol.az xəbər verir ki, o,  Asiya Çempionlar Liqasının qrup mərhələsində İranın “Nassaji Mazandaran” klubuna qarşı matçda komandasının 2-ci qolunun müəllifi olub. Braziliyalı hücumçu bundan əvvəlki 4 görüşdə fərqlənə bilməmişdi. Matç isə Səudiyyə Ərəbistanı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 “Nassaji Mazandaran” - "Əl-Hilal" - 0:3
Qollar:
Mitroviç, 18, Neymar, 58, Əl-Şehri, 90+3

“Əl-Hilal” D qrupunda liderliyi Özbəkistanın “Navbahor”u ilə bölüşür. Keçirilən iki oyundan sonra hər iki komandanın dörd xalı var. "Nassaji Mazandaran" üç xalla üçüncü yerdədir.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner