UEFA avrokubokların formatının dəyişdirilməsi variantını nəzərdən keçirir.
Qol.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilib ki, UEFA rəhbərləri və Avropa Klublar Assosiasiyası üç divizionun - Superliqa, Avropa Liqası və Namizədlər Liqasının tətbiqi variantını nəzərdən keçirir.
UEFA İcraiyyə Komitəsinin oktyabrın sonunda bu məsələni müzakirə etmək üçün toplaşacağı gözlənilir. Yeni formatın qəbul ediləcəyi təqdirdə onun 2027-ci ildən tez olmayan qüvvəyə minəcəyi gözlənilir.
Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasının yeni formatı qüvvədə olacaq. Turnirin əsas mərhələsində 36 klub iştirak edəcək. Yeni formata əsasən, hər klub 8 fərqli komandaya qarşı 8 oyun (4-ü öz meydanında, 4-ü rəqib meydanında) keçirəcək.
Qarşılaşmaların nəticələrinə əsasən, ümumi turnir cədvəli tərtib olunacaq. Ümumi mərhələdən ən yaxşı 8 yeri tutan komanda birbaşa 1/8 finala yüksələcək. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində