Messi Bekhem və Zidanla fotosunu paylaşdı

Messi Bekhem və Zidanla fotosunu paylaşdı
DÜNYA FUTBOLU 30 Sentyabr 2023 / 15:28 2196
-  A +

"İnter Mayami"nin kapitanı və hücumçusu Lionel Messi sosial şəbəkədəki səhifəsində Amerika klubunun sahibi Devid Bekhem və "Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidanla fotosunu yerləşdirib.

Qol.az xəbər verir ki, Zidan “İnter Mayami”nin "Hyuston “Dinamo” klubuna 1:2 hesabı ilə uduzduğu ABŞ kubokunun final oyununda iştirak edib. Argentinalı hücumçu ABŞ kubokunun final matçı üçün heyətə daxil edilməyib. Foto Florida komandasının paltardəyişmə otağında çəkilib.

Xatırladaq ki, Messi yay transfer pəncərəsində azad agent kimi “İnter Mayami”yə keçib.


Qarabağ FK
Son xəbərlər
01.09.26  20:12

"Bayer"ə qayıtdı

topaz banner