Bu gün “Araz-Naxçıvan”la müqavilə imzalayan Aksel Nqando klubun rəsmi saytına açıqlama verib.
Qol.az xəbər verir ki, fransalı yarımmüdafiəçi yeni komandası ilə kubok və medallar qazanacağına ümid etdiyini bildirib:
“Yeni komandaya gəldiyimə görə şadam. Yaxşı mövsüm keçirməyi arzulayıram. Yeni müqavilə, yeni ölkə, yeni çağırış və yeni təcrübə deməkdir. Çalışacam ki, komandama faydalı olum, əsas heyətdə özümə yer edim. “Araz-Naxçıvan” Premyer Liqaya bu mövsüm yüksəlsə də, yaxşı çıxış edir. “Neftçi” ilə görüşü izlədim, qələbə münasibəti ilə futbolçularımızı təbrik etdim. Ümid edirəm ki, bu komanda ilə çoxlu qələbələr, kubok və medallar qazanacağıq. Maraqlı bir kollektivimiz var”.
Qeyd edək ki, Aksel Nqando “Araz-Naxçıvan”la mövsümün sonuna qədər müqavilə bağlayıb.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı