"Sabah"dan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl Faysal”ına keçən Coy-Lens Mikels “Sabah”la vidalaşıb.
Qol.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. 29 yaşlı hücumçu vida mesajında klubdakı bəzi rəsmilərdən incidiyini bildirib: “Əziz ailəm “Sabah”, kaş hər şey başqa cür olaydı. Amma həyat bəzən belə gətirir. Sağollaşmaq həmişə çətindir və vidalaşma tərzim təsəvvür etdiyim kimi deyildi.
Həmçinin oxuyun: Ayaz Quliyev "Sabah"a keçir
Komanda yoldaşlarım və sevimli “Sabah” ailəsi qarşısında vidalaşmaq istəyim rədd edildi. Bəzi insanlar mənə dedilər ki, iki il meydanda qan-tər axıtdıqdan sonra bu hərəkətim xoş qarşılanmadı. Həmin iki insana qarşı “döyüşmək” hədəfində deyiləm, siz buna layiq deyilsiniz.
Məni günahkar göstərmək, paltardəyişmə otaqlarından və dəhlizdən heç vaxt klubda olmamışam kimi şəkillərimi çıxarmaq böyük zəifliyin göstəricisidir. Medalın hər zaman iki üzü olur. Heç vaxt hekayəmi izah edə bilmədim, çünki bunu etmək şansım belə olmadı.
Ancaq sizə deyirəm: Sənə pislik edənə müqavimət göstərmə, kimsə sağ yanağına sillə vursa, o biri üzünü də çevir. Kimsə köynəyini almaq üçün səni məhkəməyə vermək istəyirsə, paltonu da ona ver. Mənə verdiyiniz şansa görə yenə də hər birinizə təşəkkür edirəm. Mən beləyəm, bu cür yetişdirildim".
Almaniyalı futbolçu buna baxmayaraq, Azərbaycanı ikinci vətəni adlandırıb: "Azərbaycan mənim ikinci vətənimdir, belə də qalacaq. Sizin üçün çox darıxacağam. Çünki heç vaxt unuda bilməyəcəyim bir ailə bəxş etdiniz. Bu, indiyə qədər keçirdiyim ən yaxşı iki ilim idi. İnanılmaz komanda yoldaşlarım, mənə sonsuz etimad göstərən məşqçilər, klub işçiləri, media komandası var idi. Orada ən yaxşı şəkildə çıxış edə bildim.
Ölkədə dostlar qazandım, səmimi qarşılandım. Həm futbolda, həm də şəxsi həyatda heç vaxt gözləmədiyim bir şəxsiyyətə çevrildim. Hər birinizə təşəkkür edirəm, siz klubu yaradan insanlarsınız.
Bu sözləri qəlbimin dərinliklərindən yazıram. Sizdən gördüyüm sevgi sözlə ifadə edilə bilməz. “Sabah” ömrümün sonuna qədər ürəyimdə yer tutacaq. İnşallah, yenidən görüşərik Heç vaxt “heç vaxt” demə! Sizi sevirəm”.
Qeyd edək ki, Coy Lens Mikels 2021-ci ilin yayından “Sabah”da oynayırdı. O, 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 35 oyunda 17 qol vurub. Mikels Konfrans Liqasında "Partizan"la vacib oyundan əvvəl müqaviləsi olmasına baxmayaraq, daha yaxşı maaş üçün komandadan ayrılıb.
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi