"Sabah"ın kapitanı "Partizan"la cavab oyununu da buraxacaq

"Sabah"ın kapitanı "Partizan"la cavab oyununu da buraxacaq
ÖLKƏ FUTBOLU 12 Avqust 2023 / 12:38 3209
-  A +

"Sabah"ın kapitanı Elvin Camalov UEFA Konfrans Liqasının 3-cü turunda "Partizan"la cavab oyununu da buraxacaq.

Bu barədə Qol.az-a 28 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, "Partizan"la Serbiyada keçiriləcək matçdan sonra məşqlərə başlayacağını bildirib. Camalov meydana nə vaxt çıxa biləcəyinin isə həkimlərin rəyindən sonra bəlli olacağını bildirib.

RFS (Latviya) ilə cavab matçında zədələnən Elvin Camalovun qabırğasında qırıq aşkarlanıb.

Qeyd edək ki, "Partizan" - "Sabah" matçı avqustun 17-də Belqradda keçiriləcək. Bakıdakı ilk matçda "Sabah" 2:0 hesablı qələbə qazanıb.


Son xəbərlər
23.02.26  20:06

Gedirlər - Şəkillər

topaz banner