“Futbolçularımı təbrik etmək istəyirəm. Gərgin oyun alındı. Sonda qalibiyyət bizim oldu. Çox ciddi rəqibə qarşı oynayırdıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş Qurban Qurbanov UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda HİK-i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis Finlandiya çempionu üzərində vacib qələbə qazandıqlarını bildirib: “Hava həddindən artıq isti idi. Belə bir havada futbolçular sona kimi dözdülər. Dinamikanı çox qaldıra bimədik. Bizim üçün vacib qələbə idi. Azarkeşlərimizə təşəkkür edirəm. Sona kimi komandaya güvəndilər”.
Qurbanov rəqibin qapıya endirdiyi 7 zərbənin hamısının çərçivəyə getməsinə belə münasinət bildirib: “Düzünü desəm, qapıya gedən zərbələri saymadım. Əsas qol epizodlarımız idi. 100 faizli şanslarımız olsa da, istifadə edə bilmədik. Futbolçularımı başa düşürəm. İstər-istəməz gərginlik var idi. Həyəcan hiss olunurdu. İnşallah, futbolçular cavab oyununda daha yaxşı oyun göstərər və qol epizodlarından daha dəqiq istifadə edərlər”.
“Qarabağ”ın baş məşqçisi cavab oyunu öncəsi üstünlük qazandıqlarını qeyd edib: “Qələbə qazanmaq üstünlükdür. Qalibiyyət futbolçulara inam verir. Qol buraxandan sonra yenidən fərqlənmək çox vacib idi. Hesabda öndə olarkən də bir neçə şansımız var idi. Lakin istifadə edə bilmədik və rəqib fərqləndi. Bugünkü qələbə sayəsində cavab matçı öncəsi üstünlük əldə etdik. Dediyim kimi, ikinci matçda daha yaxşı oynamağa çalışacağıq”.
Q.Qurbanov pley-off şanslarını da dəyərləndirib: "Qələbə hər halda üstünlükdür. Hər qalibiyyət futbolçulara inam verir. Qol buraxandan sonra qol vurmaq vacib idi. Rəqibin qolundan sonra futbolçular sına bilərdilər. Amma get-gedə oyunu ələ ala bildilər. Bir az üstünlüyümüz var".
Qurban Qurbanov sonda bu gün Konfrans Liqasının 3-cü mərhələsinin ilk oyununda “Partizan”ı məğlub edən “Sabah”a təbriklərini çatdırıb: “2:0 hesablı qələbə qazandılar. Yaxşı qalibiyyət əldə etdilər və ölkəmizin reytinq xallarını yaxşılaşdıracaqlar. Bu münasibətlə onları təbrik edirəm. Cavab oyununda da uğurlar arzulayıram”.
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu