"Bilirik ki, bizim üçün çox önəmli oyundur. Hazırlığımız pis keçməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi formada oyuna hazırlaşırıq. Çalışacağıq ki, sabah meydanda əlimizdən gələnin ən yaxşısını edək".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Avropa Liqasının 3-cü təsnifat mərhələsində Bakıda çərçivəsində HİK-ə qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis komandadakı müəyyən gərginliyə baxmayaraq, narahat olmadığını bildirib: "Ardıcıl 2 uğursuz oyundan sonra sabahkı matçda komandada gərginlik olmayacağını desəm, yalan olar. Amma biz peşəkarıq, belə hallarla üzləşmişik. İllərdir ki, bu yolla gəlirik. Mənim narahatlığım yoxdur. Görsəm ki, komandam oyununu itirib, gücü yoxdur, o zaman narahat olaram. Yox, biz heç bir rəqibdən çəkinmiriksə, onlara qalib gəlmək gücündə olduğumuzu biliriksə, narahatlığımıza nə gərək var? Amma hər məğlubiyyətdən, düşünmədiyimiz hesablardan sonra gərginlik hiss olunur. Sabah yaxşı oyun göstərmək istəyirik. Bəlkə sürət, dinamika istədiyimiz kimi olmasın. Amma sabah 90 dəqiqə meydandakı oyuna köklənib, səhvlərdən uzaq olmaq istəyirik".
O, yenidən Tofiq Bəhramov adına Respublika stadionunda oynamalarına belə münasibət bildirib: "Əvvəl də demişdim ki, bizim üçün Bakının hər yeri doğmadır. Əlbəttə ki, "Tofiq Bəhramov"a daha tanışıq. Orada da çoxdandır ki, oynamamışıq. Hər bir halda stadionun durumu yaxşı idi, pis deyildi. Məşqimiz etmişik. İnanıram ki, bu məqamın faydası olar".
Q.Qurbanov 2 il əvvəl HİK-in "Neftçi" ilə oynamasının ciddi əhəmiyyət kəsb etmədiyini vurğulayıb: "Keçmişə çox da baxmadıq. Bu gün futbol elə səviyyəyə gəlib ki, ildən-ilə dəyişikliklər olub. Bugünkü komandanın durumu ilə yaxından tanış olmağa çalışdıq. Hər komandanın təcrübəsi artır. Düşüncəmiz sırf bugünkü HİK-lə bağlıdır. Bu komandanın təhlükəli oyunçuları, hücumları var. Onlara diqqət ayırmışıq".
"Qarabağ"ın çalışdırıcısı heyətdə ciddi problemlərinin olmadığını qeyd edib: "Futbolçuların durumu pis deyil. Ciddi problemi olan oyunçu yoxdur. Zədəliləri bilirsiniz. Son çempionat oyununda bəzi futbolçularda mikro zədələr var. Lakin bunun sabahkı oyuna mane olacağını düşünmürəm. Heyətdə ciddi dəyişiklik gözlənilmir".
O, Finlandiya çempionunun müdafiə xəttinin güclü olduğunu söyləyib: "İndi rəqibin güclü, yaxud zəfi tərəflərini desəm, düzgün çıxmaz. Amma rəqibin çox yaxşı kollektiv müdafə xətti var. "Rakov"un oyun tərzinə yaxın futbol sərgiləyirlər. Sürətli oyunçuları var. Buna diqqət etməliyik".
Q.Qurbanov “Rakov”la oyun və “Zirə”yə məğlubiyyətindən sonra tənqidlərə məruz qalması barədə sualı belə cavablandırıb: "Bakını, vətənimi çox sevirəm. Biz hamımız bu vətənin övladlarıyıq. Narazılıq, etiraz edirlərsə, övlad kimi bunu düzgün qəbul edirik. Biz də vətən üçün çalışırıq ki, məsuliyyətli olaq. Bacardığımızdan da artığını etməliyik ki, bizim vətənimizə, xalqımıza az da olsa, faydamız dəysin. Bunu hər zaman şərəflə yerinə yetirməyə çalışmışam. Sırf bu məsələ haqda çox da fikir bildirmək istəmirəm. Normal hallardır. Mən azərbaycanlılarımı və vətənimi çox sevirəm".
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu