"Bu gün iki komandanın ifasında parlaq oyun gördük. "Qəbələ" ilə oyunlarımız hər zaman maraqlı olur".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 1-ci turunda evdə "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 5:0 hesablı qələbəni belə şərh edib: "Hesaba baxmayaraq, oyun çətin keçdi. Avrokubok matçından sonra həm bizim, həm də "Qəbələ"nin bərpa olmaq üçün cəmi iki gün vaxtı var idi. Yaxşı intizam, yaxşı sürət görə bildik. Şadam ki, qalib gəldik. Bizim kiçik üstünlüyümüz o idi ki, avrokubok görüşünü evdə oynamışdıq. "Qəbələ" isə Kiprdə oynayırdı. Bütün bunlar çətindir. Biz bir az gümrah idik. Ancaq ümumi olaraq hansısa sözlər demək çətindir. Çünki cəmi bir tur geridə qaldı. Hər şey mümkündür. "Qəbələ"yə qarşı oynamaq çətindir. Onlar yaxşı hücum edən kollektivdir. Layiqli şəkildə də ölkə kubokunu qazanmışdılar".
Rusiyalı mütəxəssis azarkeşlərin oyunun gedişində "Murad Musayev bizi çempion et" şüarına münasibət bildirib: "Azarkeşlərimizə bizə daim dəstək olduqları üçün təşəkkür edirəm. Söz verirəmsə, ona əməl etməliyəm. Necə deyə bilərəm ki, biz sabah udacağıq, çempion olacağıq? Alınmasa, birinci siz deyəcəksiz ki, söz vermişdiniz, bəs necə oldu? Azərbaycan Premyer Liqası daha da güclü oldu. Bura maraqlı futbolçular gəlir. Məşq edəcəyik, işləyəcəyik, necə olacağını görəcəyik. Hələ ki, heç bir söz verə bilmərəm. Bir tur geridə qalıb".
M.Musayev avqustun 10-da "Sabah"la birgə daha iki klubumuzun Bakıda avrokubok oyununa çıxacağının onu narahat etdiyini deyib: "Çünki stadionda dolu tribunalar qarşısında oynanılanda, tamam başqa atmosfer, emosiyalar olur. Biz hamıdan uzaqdayıq və bizim oyuna gəlmək, "Qarabağ" və "Neftçi"nin stadionuna yollanmaqdan daha çətindir. Üstəlik, oyun həftəiçidir. İnsanlar işinə də getməlidir. Çətindir. Amma bizi dəstəkləməyə gələcək hər bir insanı öncədən təşəkkür edirəm. Əgər kiminsə gəlmək şansı varsa, onları tribunada görməkdən şad olacağıq. Söz verirəm ki, "Partizan"la görüşdə uğurlu nəticə üçün ən yaxşısını edəcəyik, cəsarətli oynayacağıq".
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər