Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" İsveçrə çempionatının 3-cü turunda "Bazel"i qəbul edib.
Qol.az xəbər verir ki, oyun "Qrasshopper"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan millimizin hücumçusu 37-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. O, görüşün 68-ci dəqiqəsində əvəzlənib.
Bu nəticədən sonra "Qrasshopper" 4 xalla 6-cı, "Bazel" 3 xalla 9-cu pillədə qərarlaşıb.
"Mançester Yunayted"in futbolçusu sıradan çıxdı
Turin klubu yeni baş məşqçisini açıqladı
Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa tətbiq olundu
La Liqa matçlarında ən çox ötürmə edən futbolçular kimlərdi?
Dibala vətəninə qayıdır