“Qarabağ”ın transfer siyasəti həm medianın, həm də azarkeşlərin ən çox müzakirə etdiyi mövzudur. Yəni bu, bir günün, bir ayın söhbəti deyil, illərdir davam edir. Və bu zaman əlbəttə, hədəfə ya baş məşqçi Qurban Qurbanov, ya da klubun rəhbərliyi gəlir.
Xüsusən son bir ildə bu məsələ daha da aktuallaşıb. İndi “Qarabağ”dan danışanda “Niyə Vadjini, Kadini satdınız, amma yerinə oyunçu almadınız” kimi suallar az qala trendə çevrilib. Əlbəttə, azarkeşi başa düşmək və onun fikrinə hörmət etmək lazımdır. Çünki onlar proseslərin, danışıqların içində deyillər, pərdə arxasında olanlardan da bixəbərdirlər. Onların bəzilərinə hətta səmimi şəkildə elə gəlir ki (bu haqda da rəylər oxumuşam), Qurban Qurbanovun bir çırtma vurmağı bəsdir ki, Məhəmməd Salah kimi superulduz “Liverpul”a, İngiltərəyə sağ ol deyib, qaça-qaça özünü Suraxanıya yetirsin, “Qarabağ”a da desin ki, bəs, mənəm ey, Salah gəlmişəm, buyurun, müqavilə bağlayaq…
Əlbəttə, futbol belə qeyri-ciddi yanaşmanı qəbul etmir. Hər ulduz, hələ ulduzu bir kənara qoyaq, TOP-5, TOP-10 ölkələrdən olan ortasəviyyəli klubların oyunçularını Azərbaycana gətirmək ya çətin olur, ya da heç olmur. Səmimi deyim ki, mənim bu məsələyə dair “Qarabağ”ın rəhbərliyi, Qurban Qurbanovun özü, ümumən isə kluba bağlılığı olmayan yerli və əcnəbi futbol agentləri ilə ayrı-ayrılıqda az söhbətim olmayıb. Həm media üçün olan, həm də olmayan. Ümumən vəziyyəti dərindən öyrənməyə çalışmışam.
Gəldiyim nəticə: bu fakt qəbul edilməlidir ki, məşqçilərin, klubların, agentlərin dediklərində həqiqət payı çoxdur. Söhbət heç pulda da deyil. Bəzən liqanın səviyyəsinin aşağı olması, bəzən də bir xristian oyunçu üçün müsəlman ölkəsi Azərbaycanda yaşamağın çətinliyi də imtina qərarında az rol oynamır. Məsələn, elə oyunçular olub ki, Azərbaycan klubunun illik 500-600 min təklifindən boyun qaçırıb, amma təxminən elə bizim liqa səviyyəsində olan Macarıstan çempionatında bundan aşağı pula oynamağa razılıq verib.

Pul demişkən, bildiyimə görə, sponsor “Azərsun” Qarabağ”ın transfer büdcəsində, iddia edildiyi kimi, hər hansı azaltma etməyib. Buna səbəb və əsas da yoxdur. Yəni bu faktın özü klubun sahiblərinə “xəsislik edirlər” kimi fikirlərin tamamilə içi boş, cəfəng bir söhbət olduğunu göstərir. Uzun sözün qısası, büdcədəki pul yerindədir, heç yana da qaçmayıb və Qurban Qurbanovun özü də, onun inanıb etibar etdiyi skautlar da, necə deyərlər, əmanətə, onlara olan güvənə xəyanət etməyiblər, etmirlər də.
Yoxsa, əsl niyyət klubu, klubun gələcəyini düşünmək deyil, sponsorun ayırdığı milyonları dağıtmaq, onun arxasına keçmək olsaydı, Qurban Qurbanov təkcə bu yay komandasına azı 10 legioner gətirərdi. Azı 10 legioner… Necə? Bizim bəzi klubların transfer dələduzları kimi… Ciddi hüquqi araşdırma aparılsa, çoxusuna cinayət işi açılar.
“Qarabağ”da məşqçilər korpusuna il ərzində azı müxtəlif menecerlər vasitəsi ilə 200-250 oyunçu təklif olunur. Onların arasından isə yalnız futbolçular seçilir…
FUT-BOL-ÇU-LAR…
Eləsi olur gəlmir, eləsi olur 1 milyon dollara (avro) razılaşır, amma yekunda tibb müayinə zamanı problemi aşkarlanır. Ya da Kadi kimi ucuz, amma talantlı futbolçu tapıb gətirilir. İli 150-200 min avroya. Sonra özünün istəyi ilə transferə çıxarılır. Yaxşı qiymətə də satılır.
Əlbəttə, kadilər, veşoviçlər, yankoviçlər, andradelər, cicalar…. göydən zəmbillə düşmür. Bir YAXŞI oyunçunun transferinin arxasında iti futbol bilgisi, zəhmət, aylara, bəzən bir ilə söykənən vaxt itkisi dayanır.
Futbolçunun, Kadi kimisinin potensialını isə həm də məşqçisi açır.
Qurban Qurbanov kimi…
Təbii ki, kimsə gedibsə, yerinə gətirilən də olacaq, olur da. Amma hər transfer uğurlu da alınmır. 5-i yaxşı çıxırsa, 2-si ümidi doğrultmur.
Amma Q.Qurbanovun dediyi kimi, oyunçu axtarışı davam edir. Odur ki, güman etmək olar ki, komandanın məğlubiyyətlərinə səbəb olan davamlı ciddi səhvlərin müəlifi Şahruddinin qoruduğu qapı mövqeyinə də oyunçu gətiriləcək. O oyunçular gələnə qədər isə bu günlərki qısa, keçici uğursuzluq da dayanacaq. Özü də lap tezliklə…Sadəcə, necə deyərlər, zəfərin açarı səbirdir. Çox yox, bir az…
Səbir. Zaman. Və anlamaq…
Qurban Qurbanovu anlamaq. Bir anlıq özünü onun yerində hiss etmək.
Amma onu anlamaq dərdi olanda unutqanlıq da olur. Dəyərlər də itir. Bizim futbolda isə dəyərimiz, dəyərlərimiz azdır…
Qurban Qurbanov kimi...
“Qarabağ” kimi...
Aydın Bağırov
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”