"Əfsuslar olsun ki, 2 oyunun nəticəsinə görə uduzduq. Amma çox maraqlı oyun oldu. Demək olar ki, meydanda hər şey var idi”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Rakov”la Bakıdakı cavab oyunundan (1:1) sonra deyib. Heç-heçəyə baxmayaraq, "Rakov" ilk görüşdə qalib gəldiyi üçün (3:2) mərhələ adlayıb.
Mütəxəssis hər iki komandanın bir-birini yaxşı analiz etdiyini vurğulayıb: “Xüsusən də ilk hissədə bir-birimizə oynamaq imkanı vermədik. Lakin ikinci hissədə üstün tərəf biz olduq. Futbolçular çox əziyyət çəkdilər. Əfsuslar olsun ki, sonda çox məyus oldular. Xeyli sayda qol epizodlarımız oldu”.
Qurbanov bu gün komandanı tək qoymayan azarkeşlərə minnətdarlığını ifadə edib: “Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Futbolçularımla birləşmişdilər. Bu, məni sevindirdi. Sonda hamılıqla rəqibin cərimə meydançasındaydıq. Rəqibin əks-hücumları olurdu, uduza da bilərik. Böyük riskə getdik. Alına da bilərdi, amma alınmadı. Hamımız məyusuq. Bu oyunu tez bir zamanda geridə qoyub, qarşıdakı matçlara hazırlaşmalıyıq".
“Qarabağ”ın baş məşqçisi əvəzetmələrinin başadüşülən olmaması haqda sualı belə cavablandırıb: “Başa düşmədinizsə, sizi başa sala bilməyəcəyəm. Başa salası olsam, çox danışası olaram”.
Qurban Qurbanov UEFA Avropa Liqasının 3-cü mərhələsində Finlandiya təmsilçisi HİK-ə rəqib olmalarına belə münasibət bildirib: “Sabahdan rəqib haqda tam yaxından tanış olmağa başlayacağam. Ondan sonra tam fikirlərimi bildirəcəm”.
“Qarabağ” rəhbərliyinin komandaya maliyyə ayırmaması, yüksək ödənişli futbolçular alınmaması barədə suala mütəxəssis belə reaksiya bildirib: “Çox istəyərdim ki, başqa iradları olanlar da varsa, mənə suallarınızı verərdiniz, cəm şəkildə cavablandırardım”.
Qurban Qurbanov "Qarabağ"ın sponsoru olan şirkətin gəlir güdməsi barədə iddiaya cavabında qeyd edib ki, klub rəhbərliyi Azərbaycan futbolu adına çox iş görüb: “Hər bir azərbaycanlı mənim üçün dəyərlidir, siz də həmçinin. Biz bu klubda məsuliyyətli işləyirik ki, çoxlarının xəbəri yoxdur. Mən buna əminəm. Çünki bu rəhbərlik Azərbaycan futbolu üçün çox şey edib. Bunu tam əminliklə deyirəm. Heç vaxt bu klubun etdiklərini açıqlamamışam. Bu klubun pulları sayılırsa... Heç yerə getmir pullar. Azərbaycan futboluna və kluba xərclənir. Mən də, futbolçularım da "Qarabağ"ın adının nə olduğunu bilirik. Hər birimiz kasıb uşaqlarla, kasıb, ürəkli, bacarıqlı futbolçularla çox işlər görməyə çalışırıq. Bunu da etməyə çalışırıq. Azərbaycan futbolunun durumunu "Qarabağ"ın büdcəsi ilə ölçülürüksə, cavab verə bilməyəcəyəm. Xərclənən pulların hara getdiyini hamı bilir. Futbolumuza baxıb, böyük işlər görməyə çalışırıq. Pis də alınmır. Bu gün uduzmuşuqsa, gördüyümüz işlər sıfıra bərabər sayılırsa, əfsuslar olsun ki, cavab verə bilməyəcəyəm. Rəhbərliyimiz futbolumuz üçün çox şey edib. Qonaqların qarşısında, Polşa mətbuatı, polşalılar, digərləri hamısı "Qarabağ"dan danışılırsa, iradlarımızı hansısa oyuna yox, başqa yerlərə yönəldiriksə, əfsuslar olsun... İnanın ki, burada nə məsuliyyətsiz işçi, nə məsuliyyətsiz futbolçu var. Burada olan hamı "Qarabağ"ın və futbolumuzun böyüməsi üçün çox əziyyət çəkib”.
Mütəxəssis “Rakov”la hər iki oyunda qolları rəqib hesabı açdıqdan sonra deyil, daha tez qol vurmamaları barədə konkret səbəbin olmadığını söyləyib: “Bizim qol epizodlarımız hər iki oyunda daha çox oldu, nəinki "Rakov"un. Sadəcə istifadə edə bilmirdik. Bəlkə ustalığımız çatmadı, rəqib yaxşı oynadı. Futbolda elə element yoxdur ki, həmişə öncə mən qol vurmalıyam. Öz oyunumuzu oynadıq. İki komanda mübarizə aparırsa, biri çıxmalıdır. Demək ki, qismətimizdə bu imiş. Amma "Rakov"dan nə çəkindik, nə də pis oynadıq. Ürəkli idik, rəqibin üzərinə çox gedirdik”.
Q.Qurbanov həftəsonu Misli Premyer Liqasının ilk turunda "Zirə"yə qarşı keçirəcəkləri oyuna da toxunub: “Belə oyunlarımız olub. Bəlkə çətin olacaq. Həm yorğunluq, həm məyusluq var. Amma inanıram ki, futbolçularım bacaracaq. Tez bir zamanda futbolçuları bərpa etməliyik, çünki avqustun 5-də oyunumuz var. Oynamayan oyunçularımız da var. Ola bilər heyətdə böyük rotasiya edim”.
Ağdam klubunun baş məşqçisi qeyd edib ki, nə vaxtsa Polşa klublarına qarşı uğurlu seriya qırılmalı idi: “5-ci dəfə idi Polşa klubları ilə qarşılaşırdıq və düşünürdüm ki, hardasa uduzmaq da var. Bu da "Rakov"un qismətində imiş. Oyuna görə uduzmadıq. Futbolun yazılamayan qanunları var. Uğur hardasa dayanır”.
O, həm yeni transfer Juninyonun hələ tam uyğunlaşmadığını, həm də yerli gənclərə üstünlük verməyə çalışdıqlarını deyib: “Dünyada elə bir komanda yoxdur ki, 10 il eyni səviyyədə olsun. Nə “Real”, nə “Barselona”, nə “Bavariya”nın bütün transferləri uğurlu olur. Azərbaycana legioner gətirmək o qədər də asan deyil. Juninyonun mikrozədəsi olduğu üçün tam hazır deyildi. 10 oyunçudan bir-ikisi dərhal yeni komandasına uyğunlaşa bilər. O ki qaldı yerlilərə, meydanda gənc oyunçularımız var idi. Nəriman Axundzadə Çempionlar Liqasında keçirdiyimiz 4 oyunun hamısında iştirak etdi. Bu gün sağ cinahda Maksim Medvedevi də oynada bilərdim. Amma orada gənc Toral Bayramova şans verdim ki, daha çox inkişaf etsin. Bu gün Çempionlar Liqasının qrupunu itirə bilərik. Amma iki ildən sonra gənclərimiz daha yaxşı vəziyyətdə ola bilərlər. Daim milli səviyyəsində oyunçular yetişirsə, bu, heç də pis iş deyil”.
Qurbanov Abdullah Zubir və Leandro Andradenin istənilən effekti verə bilmədikləri ilə bağlı fikrə də münasibət bildirib: “Rəqib nə qədər imkan verir, o qədər hücum edə bilirik. Əlbəttə ki, əlavələr edirik. “Rakov”un müdafiədə yaxşı oyununu mütləq qeyd etməliyik. Belə komandalara qarşı oynamaq çoxları üçün asan deyil. Yenə də qol epizodlarımız az olmadı. Həm Zubir, həm Andrade, həm də digərləri belə görüşlərdə daha fəal olmalıdırlar. Ancaq bu gün də bacardıqları qədər hücumlarda iştirak etdilər. Zubirin ayağında top olanda 2-3 oyunçu onun ətrafında olurdu. Eləcə də, Andrade də eyni halla üzləşirdi. Bunu da nəzərə almalıyıq. Elə komandalar var ki, təkcə cinahları yox, bütün zonaları bağlayırlar. Daha güclü oynasaydıq, çox yaxşı olardı. Amma yenə də futbolçularımdan razı qaldım. Çox əziyyət çəkdilər”.
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər