“Zirə” yeni futbolçu ilə anlaşıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Pyer Zeblini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçiylə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu karyerası ərzində İtaliyanın “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının şərəfini qoruyub.
Xatırladaq ki, daha əvvəl "Zirə" Məqsəd İsayev, İsmayıl İbrahimli, Ruan Renato, Fuad Bayramov və Tiaqo Silvanı heyətinə qatıb.
"Mançester Yunayted"in futbolçusu sıradan çıxdı
Turin klubu yeni baş məşqçisini açıqladı
Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa tətbiq olundu