"Rakov" Çempionlar Liqasının seçmə mərhələlərində oynamağa hazırdır. Ümid edirəm ki, komandanın bu payız qrup mərhələsinə hazır olub-olmadığını görmək imkanımız olacaq. Çempionlar Liqasının bu səviyyəsinə çatana qədər hələ çox yolumuz var".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində rəqibi olan "Rakov"un (Polşa) Müşahidə Şurasının sədri Voytsex Sıqan ölkəsinin "Dziennik Zachodni" nəşrinə müsahibəsində deyib.
"Rakov" ilk matçda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlib. İndi onları avqustun 2-də Bakıda cavab matçı gözləyir. Klub rəsmisi oyun ərəfəsində adıçəkilən nəşrin suallarını cavablandırıb.
- İndiyədək seçmə mərhələdə keçirdiyiniz hər üç oyunda qalib gəlmisiniz. Deməli, sevinməyə əsas var...
- Təbii ki, bu üç qələbəyə sevindik. Xüsusilə sonuncu çox çətin rəqib ("Qarabağ - red.) üzərindəki qələbə dəyərlidir. Cavab oyunu şübhəsiz ki, asan olmayacaq. Amma uduzduğumuzu düşünmürəm. İlk oyunda buraxdığımız səhvləri düzəltmək lazımdır. Biz ora döyüşməyə gedirik. Çünki avrokubokların qrup mərhələsinə düşməyi çox istəyirik.
- Artıq yolun yarısındasınız. Emosiyalar bir az sakitləşib. İndi “Qarabağ”la Çestohovada keçirilən ilk oyunu necə dəyərləndirirsiniz?
- Bu, əsl əhval-ruhiyyə palitrası idi. Bizim vurduğumuz qollar, xüsusən ikincisi rəqibin səhvi ucbatından oldu. Sonra bizdə nadir hallarda baş verən arxayınlaşma yarandı. Cəmi bir neçə dəqiqə ərzində üstünlüyü əldən verdik. Çox yaxşı əvəzetmələr etdik. Xüsusən Sonni Kittelin meydana daxil olması qalib gəlməyimizə imkan verdi. İndi isə Bakıya bir top üstünlüyü ilə yollanırıq. Biz indi rəqibdən bir qədər yaxşı vəziyyətdəyik. Bu üstünlüyü qoruyub saxlamalıyıq.
- Azərbaycan çempionu ilk görüşdə sizi nə iləsə təəccübləndirə bildi?
- “Qarabağ” yüksək intensivliyi ilə bizi heyran edə bilərdi. Biz eşitmişdik ki, bu komanda zəifləyib və əvvəlki illərdəki kimi güclü deyil. Amma Azərbaycan çempionu son kadr dəyişikliklərinə baxmayaraq, hələ də yaxşı koordinasiyalı, güclü komanda olaraq qalır. O, hər il avrokuboklarda çıxış edir və çox təhlükəli rəqibdir.
- Bakıda keçiriləcək cavab oyunu çox isti ab-havada olacaq.
- Hava başqadır. Amma bizim ilk oyundakı qələbəmizdən sonra tribunalarda da istilik olacaq. Amma bu, kubok yarışlarına xas haldır.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda