Polşa millisinin keçmiş futbolçusu Radovlas Kalujnı “Qarabağ” barədə fikirlərini bildirib.
Qol.az bu ölkənin “Onet” nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı veteran Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Rakov” - “Qarabağ” oyununu (3:2) şərh edib. O, bu zaman Ağdam komandasının oyunu barədə müsbət sözlər deyib:
“Qarabağ”ın bu qədər yaxşı oynayacağını gözləmirdim. Heyətində dəyişiklik olmasına baxmayaraq, komandanı bəyəndim. “Rakov” da yaxşı futbol nümayiş etdirdi, qorxmadı, bərabər səviyyədə oynadı. Buraxılan iki qola görə isə narahatam. Bunlar bizim üçün lazımsız, axmaq qollar idi. “Rakov” 2:0 hesabı ilə qalib gəlməli idi, amma alınmadı. İndi mən natahatam. Çünki “Qarabağ” evdə çox təhlükəlidir. Gizlədəcək bir şey yoxdur. Onlar hər kəsi öz meydanında, rəqibə fərq qoymadan məğlub edirlər. Ancaq möcüzə həmişə baş verə bilər. “Rakov”a uğurlar arzulayıram. Onlar güclənirlər. Yaxşı klub yaratmaq istəyirlər və buna görə pul xərcləyirlər. “Qarabağ” kimi komandanı keçmək Polşa futbolu üçün yaxşı olardı”.
Xatırladaa ki, “Qarabağ” - “Rakov” təkrar matçı avqustun 2-də keçiriləcək. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları