"Niyə mən "Qarabağ"da təcrübə keçməyi seçmişdim? Bilirəm ki, qərbdə təcrübə daha məşhurdur. Almaniya və Fransada olmuşam. Bununla belə, Şərq klubunda işləməyə qərar verdim".
Qol.az polsatsport.pl-a istinadən xəbər verir ki, bu sözləri polşalı futbol məşqçisi Dariuş Marzeç deyib. O, "Qarabağ"da təcrübə keçməsindən danışıb. Həmçinin 53 yaşlı mütəxəssis Polşa "Rakov"unun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la Bakıda keçirəcəyi cavab oyununa da toxunub:

"Qarabağ" qeyri-adi sabitlik nümayiş etdirir. Qurban Qurbanov 15 ildir ki, “Qarabağ”ı çalışdırır. 6 ildir ki, onun texniki heyətində heç bir dəyişiklik olmayıb. Qurban Qurbanov etibarlı insanlarla işləyir. Komandanın heyəti təbii ki, dəyişir, amma hər şey yaxşı düşünülüb. “Qarabağ”ın heyəti 3-4, bəzən 5-6 oyunçudan ibarət onurğa sütunundan ibarətdir. Bu klubda kifayət qədər bərabər keyfiyyətli 22 futbolçu var. Nə dediyimi bilirəm, çünki 1 həftə onların məşqini izlədim və oyunlara əsasən, əvəzedici oyunçu gedən futbolçular məşq zamanı keyfiyyət baxımından əsas oyunçulardan geri qalmırlar. Görürsünz ki, Qurban Qurbanovun dəqiq fikri var. “Qarabağ” vəziyyətdən asılı olaraq iki sistemlə oynayır: 4-3-3 və ya 4-2-3-1. Demirəm ki, “Qarabağ” rəqibini analiz etmir, amma ən çox öz oyununa güvənir. Öz oyununu rəqib üzərində tətmiq etməyə çalışır. Onlar ildən-ilə əla nəticələr göstərir".
"Rakuva” sahiblərinin yanaşması da heyranedicidir. Bu, bizim futbolda nadir haldır. Klubun sahibi Sverçevski və komandanın keçmiş məşqçisi 7 il birlikdə işlədi. Ancaq nəzərə almalıyıq ki, Qurban Qurbanov 15 ildir, “Qarabağ”ı çalışdırır. Ardıcıl 9 il avrokubokların qrup mərhələlərində oynamaqları təsadüfi deyil. Bu, təbii ki, maliyyə imkanlarının nəticəsidir, həm də baş məşqçinin ideyalarıdır. “Rakov”la “Qarabağ” arasındakı ilk matçın nəticəsi Polşa klubu üçün yaxşı olsa da, cavab matçının qızğın və həyəcanlı keçəcəyini vəd edir. Qurban Qurbanov Polşaya heç-heçə üçün gəlmişdi, amma alınmadı. Eşitdiyimə görə, "Rakov"a məğlubiyyətə görə “Qarabağ”da heç kim panikaya düşmür. Ötən il "Lex" onları evdə məğlub etsə də (1:0), cavab görüşündə məğlub olmuşdu (1:5). Beləliklə, Polşa çempionunu gələcək həftə həqiqətən həyəcanlı axşam gözləyir. Şvarqanın soyuqqanlı oyunundan və qərarlarından çox şey asılıdır. Şübhəsiz ki, həm Şvarqa, həm də “Rakov” üçün “Qarabağ”la qarşıdakı səfər oyununda hekayə yazıla bilər” - deyə Marzeç əlavə edib.
Qeyd edək ki, ilk görüşdə "Qarabağ" "Rakov"a 2:3 hesabı ilə uduzub. Cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır