Keçmiş futbolçular “Araz-Naxçıvan”da məşqçi oldular

Keçmiş futbolçular “Araz-Naxçıvan”da məşqçi oldular
ÖLKƏ FUTBOLU 27 İyul 2023 / 15:55 3352
-  A +

Əsas və əvəzedici komanda ilə yanaşı, aşağı yaş qrupu üzrə heyətlərin formalaşmasına da diqqət yetirən “Araz-Naxçıvan”da U-19 və U-17-nin baş məşqçiləri müəyyənləşib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəyal Mustafayev 19 yaşadək, Ruslan Əmircanov isə 17 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi təyin olunub. 

Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.


Son xəbərlər
topaz banner