"Borussiya"nın futbolçusuna xərçəng diaqnozu qoyuldu

"Borussiya"nın futbolçusuna xərçəng diaqnozu qoyuldu
DÜNYA FUTBOLU 27 İyul 2023 / 15:26 2187
-  A +

"Borussiya"nın (Münhenqladbax) futbolçusu Ştefan Laynerə xərçəng diaqnozu qoyulub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, limfa xərçəngi olan 30 yaşlı müdafiəçi bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq. Həkimlər xəstəliyin ilkin mərhələdə olduğunu qeyd ediblər.

Müalicə bitdikdən sonra Laynerin peşəkar futbola qayıda bilməsi üçün yaxşı şans var. 

Qeyd edək ki, avstriyalı futbolçu 2019-ci ildən "Borussiya"da oynayır.


Son xəbərlər
16.08.25  14:09

Bellinqem hazırdır

16.08.25  09:15

Messi qayıtdı