"Kəpəz"in baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə Bakı toplanışını dəyərləndirib.
Qol.az xəbər verir ki, o, “Dalğa Arena” təlim-məşq mərkəzində keçirilən hazırlıq prosesi haqqında bunları deyib:
“Biz çox istərdik ki, təlim-məşq toplanışını ölkə xaricində keçək. Amma məlum vəziyyətə, klubun sponsoru olmadığına görə hazırlıq üçün Bakını seçdik. Buna baxmayaraq məşqlərimiz plan üzrə getdi. İstədiyimiz kimi hazırlaşa bildik. Sadəcə, yoxlama oyunları üçün rəqib tapmaqda çətinlik çəkdik. Düzdür, “Səbail”, “Zirə”, “Araz-Naxçıvan” kimi elita təmsilçiləri ilə oynaya bildik".
Mütəxəssis bildirib ki, planlarında beş oyun var idi: "Digər iki sparrinq rəqibimizin də Premyer Liqa klubu olmasını istəyirdik. Amma təəssüflər olsun ki, komandalar ölkə xaricində olduğundan istəyimiz alınmadı. Nəticədə “Səbail-2” ilə oynadıq. Bakıda rəqib tapa bilmədiyimizdən Gəncəyə bir az tez qayıdası olduq. Doğma şəhərimizdə öz əvəzedicilərimizlə də qarşılaşacağıq. Bundan sonra həftəlik oyun hazırlığına başlayacağıq. Bakı toplanışında biz ümumi olaraq səhər məşqində fiziki, axşam hazırlığında texniki-taktiki çalışmalar üzərində işlədik. Futbolçulara minnətdaram, olduqca məsuliyyətli, istəkli şəkildə məşqlərdə iştirak etdilər. İnşallah, bunun bəhrəsini çempionatda həm biz, həm də onlar görəcəklər”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb