“Azərlotereya” ASC ilə “Sabah” Futbol Klubu arasında sponsorluq müqaviləsi imzalanıb.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, anlaşmaya əsasən, “Azərlotereya” ASC idmanda kütləviliyin təmin edilməsinə, gənc futbolçuların yetişməsinə, futbol yarışları vasitəsi ilə sosial məsuliyyətin təbliği və azarkeş mədəniyyətinin formalaşmasına dəstək olacaq. Əməkdaşlıq müqaviləsinin müddəti 1 ili əhatə edir.
“Sabah” klubunun ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da baş tutan mərasimdə müqaviləni “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.
Tədbirdə çıxış edən M. Adıgözəlov əməkdaşlığın uğurlu olacağına əmin olduğunu bildirib: “Bu gün yeni əməkdaşlıq müqaviləsinə imza atdıq. “Azerlotereya”nın timsalında ölkə futboluna diqqət göstərilməsi çox sevindiricidir. Bu əməkdaşlığın “Sabah” FK və ölkə futbolu üçün faydalı olacağına inanıram”.
“Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş da əməkdaşlığın faydalı olacağına inamını ifadə edərək mövsümü uğurla tamamlayan “Sabah”a avrokuboklarda müvəffəqiyyətlər arzulayıb: “Yeni yaranmış bir klub üçün güclü rəqibləri geridə qoyaraq Premyer Liqada ikinci olmaq böyük uğurdur. Bu uğurun davamının Konfrans Liqasında gəlməsini arzulayıram. Əməkdaşlığımız hər iki tərəf üçün xeyirli və faydalı olsun”.
Qeyd edək ki, ölkənin qanuni və yeganə lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 20 ildən çoxdur fəaliyyət göstərir. “Azərlotereya” ASC hazırda qeyri-neft sektorunda dövlət büdcəsinə ən böyük vergi ödəyicilərindəndir. Şirkət bədən tərbiyəsi və idmanın, o cümlədən, futbolun inkişafını dəstəkləyir.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər