“Mənə göstərilən etimada görə “Neftçi” rəhbərliyinə minnətdaram. Çünki həmin etimad məni bu seçimi etməyə vadar etdi. Detallı danışmaq istəmirəm. Düşündüm ki, gələcək karyeram üçün “Neftçi”də davam etmək daha faydalı olacaq. Rəhbərliyin və kapitan Emin Mahmudovun sayəsində “Neftçi”nin üzvü oldum. Bu, həm öz istəyim, həm də onların köməyi idi. Emin mənə dedi ki, başqa kluba getsən, bir dost itirəcəksən (gülür). Onunla söhbətlərdə mənə çox faydalı məsləhətlər verdi”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Qara Qarayevə klubun telekanalına açıqlamasında deyib.
O, ayrıldığı “Qarabağ”a təşəkkür edib: “Rəqabətli komandaya keçsəm də, “Qarabağ”ın əziyyətini, dəyərlərini heç vaxt unutmayacağam. Azarkeşlərə, "Qarabağ" camiəsinə təşəkkürümü bildirirəm. Hər bir dəyəri öz yerində qoruyub saxlaya bilərəm. "Qarabağ" azarkeşlərinin dəyəri də hər zaman məndə qalacaq, saxlanacaq. Nəticəsi nə olursa-olsun, hansı mühakimə olsa da, mənim onlara deyəcəyim söz təşəkkürdür. 18 ildə mənə möhtəşəm dəstək oldular, sahibləndilər, ailə üzvü kimi qorudular. Ömrümün sonuna kimi onlara təşəkkür edəcəyəm. Bu, mənim həm mənəvi, həm də əxlaqi borcumdur”.
Azərbaycan millisinin üzvü söyləyib ki, “Neftçi”də ailənin üzvü olmaq bir az çətindir: Çünki “Neftçi” adının hədəfləri var. "Neftçi" adı həmişə hədəfdir. Karyeramda daha fərqli, daha uğurlu dönəm olacağını düşündüm. Bu komandanın bir parçası olmaq üçün çox çalışmaq lazımdır. Danışıqlarla bu ailənin üzvü olmaq olmaz. Həm yığmada, həm də “Qarabağ”da necə ləyaqətlə çıxış etmişəmsə, eyni dərəcədə “Neftçi”nin də adını qoruyacağam. Həm meydanda, həm də ondan kənarda ən yaxşılardan olmaq üçün çalışacağam. Bu ailənin bir parçası olmağı özümə hədəf qoymuşam. Ümid edirəm ki, komanda yoldaşlarımın, baş məşqçinin sayəsində bu hədəfə çatacağam. Önəmli olan azarkeşlərin mənə dəstəyini qazanmaqdır. Çox çalışacağam. Çalışacağam ki, bütün oyunlarda maksimum hədəfə çatım. Bununla da onların rəğbətini, etimadını qazanım. Azarkeşlərə hansısa vədi vermək istəmirəm. Onlar iş, məhsuldarlıq görmək istəyirlər. Əlimdən gələn qədər bunları etməyə çalışacağam. Vədlər, danışıq, söz vermək yalnız meydanda olacaq. Hər birinə hörmətim var. Həmişə çalışmışam kı, bütün azarkeşlərlə münasibətimi normal saxlayım. Ümid edirəm ki, doslarımızla bir-birimizə dəstək olaraq daha yaxşı işlər görə biləcəyik".
Q.Qarayevin sözlərinə görə, karyerasını daha peşəkar şəkildə davam etdirməlidir: "Əlavə hiss, xüsusi aqressiya karyerama böyük zərbə vura bilər. “Neftçi”də də Qara adını qoruyub saxlayacağam. İstər xasiyyətdə, istər xarakterdə xüsusi dəyişiklik düşünmürəm".
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı