"Qarabağ"ı məğlub etmək çox çətin olacaq" - "Linkoln"un futbolçusu

"Qarabağ"ı məğlub etmək çox çətin olacaq" - "Linkoln"un futbolçusu
ÖLKƏ FUTBOLU 14 İyul 2023 / 11:58 5637
-  A +

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln"un qapıçısı Nauset Qarsiya Ağdam klubuna evdə uduzduqları (1:2) ilk oyunla bağlı danışıb.

Qol.az "elida"ya istinadən xəbər verir ki, ispaniyalı qolkiper "Qarabağ"ın onları hərtərəfli üstələdiyini bildirib:

“İlk görüşdə üstünlüyü ələ keçirə bildik, lakin ikinci qolu vura bilmədik. Bildiyiniz kimi, böyük komandalar əllərində olan hər şeydən istifadə edirlər. "Qarabağ" qələbə qolunu ən sonda vurdu. Buna görə məyus olduq. Amma biz böyük büdcəl klub və son illərdə müntəzəm olaraq avrokuboklarda çıxış edən çox səviyyəli oyunçularla üz-üzə idik".

Qarsiya etiraf edib ki, "Qarabağ"a 1:2 hesablı məğlubiyyətdən sonra mərhələni keçmək çox çətin görünür: "Cavab matçında oyun ritmimizi ortaya qoymağa və rəqibin çatışmazlıqlarından istifadə etməyə çalışmalıyıq ki, onları üstələyək. "Qarabağ"ı məğlub etmək çox çətin olacaq. Mərhələni keçmək isə daha da çətin görünür. Amma futbolda mümkünsüz heç nə yoxdur”.

Qeyd edək ki, "Qarabağ"la "Linkoln" arasında cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Son xəbərlər
topaz banner