Ehtiram Quliyev “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.
Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
11 fevral 2023-cü il tarixdə Ehtiram Quliyevin təsisçisi və direktoru olduğu "Huner Group” klubun baş sponsoru olub.
1977-ci ildə Tovuz rayonunda anadan olan Ehtiram Tofiq oğlu Quliyev Bursa Ticarət Peşə Liseyində daha sonra isə Ankara Universitetinin hüquq fakültəsində təhsil alıb. 2000-ci ildən peşəkar iş həyatına başlayıb.
İllər ərzində təsis etdiyi şirkətlərin əhatə dairəsini genişləndirərək, müxtəlif sektorlarda uğurlu işlərə imza atıb. 2017-ci ildən etibarən şirkətlərini bir qrup halına gətirərək “Huner Group”u təsis edib. “Huner Group” uzun illərdir Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərərək, etibarlı və nüfuzlu marka dəyəri yaradıb. Özünəməxsus tərzi, fərqli yanaşması və peşəkar komandası ilə bir çox uğurlu layihələr həyata keçirib.
44 günlük Vətən müharibəsinin başladığı ilk gündən ordumuza öz dəstəyini göstərmək üçün bütün imkanlarını səfərbər edib. Xidmətlərinə görə Ehtiram Quliyev Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Bundan əlavə, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəlidir, iki övladı var.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”