Əliyar Ağayev Avropa çempionatının açılış oyununu idarə etdi

Əliyar Ağayev Avropa çempionatının açılış oyununu idarə etdi
XƏBƏR 21 İyun 2023 / 22:11 2786
-  A +

Bu gün futbol üzrə gənclər arasında (U-21) Avropa çempionatının final mərhələsi start götürüb.

Qol.az xəbər verir ki, yarışın açılış oyunu bu gün Tiflisdəki "Mixail Mesxi" adına stadionda keçirilib. Belçika və Niderland komandaları arasında açılış matçının baş hakimi Əliyar Ağayev olub. Görüş 0:0 hesabı ilə başa çatıb. Ə.Ağayev 5 futbolçuya (3-ü Belçika, 2-i Niderland) sarı vərəqə göstərib. 

Qeyd edək ki, Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərib


Son xəbərlər
topaz banner