PSJ Qaltyeyə nə qədər təzminat ödəyəcək?

PSJ Qaltyeyə nə qədər təzminat ödəyəcək?
DÜNYA FUTBOLU 12 İyun 2023 / 23:12 2563
-  A +

PSJ istefaya göndərməyə hazırlaşdığı Kristof Qaltyeyə təzminat ödəyəcək.

Qol.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Bildirilib ki, ötən ilin iyulundan PSJ-ni çalışdıran və komandanı Fransada çempionluğa aparan mütəxəssis müqaviləsinin bitməsinə bir il qalmış baş məşqçi vəzifəsini tərk edəcək.

Paris klubu baş məşqçisinə müqaviləni vaxtından əvvəl pozduğu üçün 6 milyon avro ödəyəcək.

Qeyd edək ki, Yulian Naqelsmannın PSJ-də Qaltyeni əvəzləməyə əsas namizəd hesab olunduğu bildirilir.


Son xəbərlər
14.03.26  21:41

Qavi geri dönür

14.03.26  11:13

"Atletiko"da itki

topaz banner